Yavaş-yavaş daşa dönür-FOTOLAR

Paylaş:

 

Nepallı Nanda və Nar Kumarın oğlan övladları dünyaya gəldi. Yenidoğluna körpə tam sağlam idi və valideynləri özlərini göyün yeddinci qatında sanırdılar. Lakin dünyaya gəlişinin 15-ci günündən başlayaraq, dərisinin üzərində qalın dəri qatı yaranmağa başladı. Bu uşağa dözülməz ağrı verirdi. Uzun müddət valideynləri uşağın nəyə yoluxduğunu belə bilmirdilər.

Yerli həkimlər əvvəlcə bunun göbələk infeksiyası olduğunu düşünürdü. Ancaq Rameş 5 yaşına çatanda növbəti klinikada nəhayət onun xəstəliyinin adı məlum olur. Məlum olur ki, uşaq nadir genetik xəstəliyə -ixtozoma mübtəla olub.Dövlət xəstəxanaları uşağı götürməkdən iimtina etdilər, özəl klinikalara isə valideynlərin gücü çatmırdı.

Ailə başçısı Nand ayda cəmi 7000 nepal rupisi (təqribən 65 dollar) qazanırdı, ana Nar isə ümumiyytlə işləmirdi.
İl-ildən uşağın vəziyytəi pisləşirdi.Vaxt keçdikcə uşaq canlı heykələ çevrilməyə başladı.
11 yaşında onun hər bir hərəkəti dözülməz ağrı ilə müşaiyyət olunurdu.
Valideynləri tezliklə övladlarını itirəcəkləri fikri ilə artıq barışmışdılar. Lakin gözləmədikləri yerdən kömək gəldi.
Belə ki, Britaniyalı aktrisa Coss Stoun Nepala qastrola gəlmişdi. O, təşkilatçı Sancao Şrestə bildirir ki, yerli xeyriyyə fonduna ianə vermək istəyir.
Coss Stoun nəinki ailəyə maddi yardım edir, həmçinin uşaqla görüşür, 2 saat müddətində onunla oynayır, oyuncaqlar hədiyyə edir. Valideynləri necə təşəkkür edəcəklərini bilmirdilər. Uzun illərdən bəri ilk dəfə onlar övladlarını xoşbəxt görürdü.
Raneşin bərkimiş dərisi ehtiyatla qoparılaraq mütəxəssis yardımı edilir. Həkimlər onun bir daha yeriməyəcəyini desələr də artıq həyatının təhlükəndə olmadıqlarını bildiriblər.