Kibrit necə ixtira olundu

Paylaş:

Henninq Brand ehtiyatda olan Hamburqlu əsgər idi. O, qızıl əldə etmək üçün çox cəhd edirdi. 17-ci əsrin məhşur kimyaçılarının yazılarını oxuyur və  tez-tez  təcrübələr edirdi. 1669-cu ildə təcrübələrin birində Henninq yenə qızıl əldə etmək niyyəti ilə müxtəlif maddələri qatır və ağ toz halında yeni bir maddə əldə edir. Özü də bilmədən kibritin ucundakı qaranı kəşf edən Henninq, bu maddəni fosfor adlandırır.

Nəhayət, 1826-ci ildə ingilis kimyaçısı Con Walker təsadüf nəticəsində kibritin ucundakı fosforu kükürdlə əvəz etməyə nail olur. O müxtəlif maddələri ağac hissəciklə qarışdırırdı. Həmin qarışıq ağacın ucunda quruyur və Walker çubuğu təmizləmək məqsədi ilə yerə sürtür. Elə bu zaman ağac hissəcik alışır. Buna səbəb isə taxta hissəciyin ucunda quruyub qalan kükürd olur.

Walker ixtirasının əhəmiyyətini dərk etsə də, onu patentləşdirmir. Qarşısına çıxan hər kəsə öz ixtirası haqqında danışır. Bir müddət sonra artıq bu ixtira kifayət qədər məşhurlaşır. Con Walker bu ixtiradan az da olsa qazanc əldə edə bilir.

Bu ixtiradan ən çox xeyir görən isə Samuel Cons olur. O, bu kibritləri “Lusifercik” adlandıraraq satışa çıxarır. İndiki kibritlərlə müqayisədə ölçü standartları olmayan bu kibritlər yanarkən pis qoxu verir və qığılcımları ətrafa yayılır. Lakin Samuel Consun kibrit sifarişləri tez bir zamanda tonlarla ölçülür.

1844-cü ildə yanan uc hissəsi ağ fosfordan ibarət olan kibritə qırmızı fosforun əlavə edilməsi fikri irəli sürülür. Ancaq bunu ilk dəfə 1895-ci ildə İsveçrəli kimyaçı Yohan Lundstrom həyata keçirə bilir. Bu isə kibritin daha təhlükəsiz olması və tez alışması,  həmçinin, istehsalının artması  demək idi. İstehsalın artması isə  kibrit qabına ehtiyacı artırırdı. Nəhayət,1889-cu ildə Cocua Pyusi kibrit qabını ixtira edir. Amma ixtiranın patenti “Diamond Match” (Almaz kibrit)  şirkətinə verilir. Buna səbəb isə şirkətin ixtira etdiyi qutularda kibriti yandırmaq üçün lazım olan hissənin çöl tərəfdə olması olur.  Bu isə təhlükəsizlik baxımından daha keyfiyyətli idi. Patent şirkətə məxsus olduğundan kibritdən istifadə çətinləşirdi, eyni zamanda kibritə ehtiyac da vardı. Nəhayət, ABŞ prezidenti  Wilyam Taftın xahişi ilə  şirkət patentdən könüllü olaraq imtina edir.

Kibiritin başlığı kalium-xlorat və kükürddən, qutusunun yan tərəfi isə qırmızı fosforlu  sumbata kağızından ibarətdir. Beləki qırmızı fosforun narın əzilmiş şüşə və yapışqanla qarışığı qutunun yan tərəfinə çəkilirdi. Nəticədə biz kalium-xloritli kibriti qırmızı fosforun üzərində hərəkət elətdirdikdə reaksiya gedir və alov əmələ gəlir. Kibrit yanan zaman onun tempuraturu 750-800 dərəcə  selsi olur.

Keçmişdə insanlar israfçılıq olmasın deyə kibritdən qənaətlə istifadə edib, çox vaxt bir kibritlə bir neçə ocaq yandırıblar. Belə bir rəvayət də söylənilir ki, məhşur milyonçu Musa Nağıyev öz qulluqçusunu kibritdən qənaətlə istifadə etmədiyinə görə işdən qovub. Belə ki, qulluqçunun 5 lampanı 5 ayrı kibritlə yandırdığını görən Nağıyev: “Qarşında tonqal ola-ola niyə kibritdən istifadə edirsən” deyə qulluqçuya acıqlanır.

Hətta Lütfi-Zadənin atası Rəhim Ələsgərzadə də birinci dünya müharibəsi zamanı kibrit alveri ilə məşğul olub və özünə yaxşı güzəran yaradıb.