Robin Hud "mavi" olub?

Paylaş:

İngiltərəli alimlər çoxsaylı əfsanə və balladalar əsasında Robin Hudun tarixi obrazını bərpa ediblər. Tədqiqatlara görə, Robin Hud dövrünün adətləri ilə mübarizə aparan, təbiəti sevən və müdafiə edən qiyamçılarından biri olmaqla yanaşı, həm də “mavi” olub.

Berlin universitetinin əməkdaşı ingiltərəli filoloq Endryu Ceyms Conston, əfsanəvi Robin Hudu kəşf etdiyini və onun real şəxsiyyət olduğuna əmin olduğunu bildirib. “Robin Hud meşədə yaşayırdı, çünki o və dostları təbiətin vurğunu olmuş və coşqun şəhər həyatına nifrət etmişlər” - tədqiqatçılar söyləyiblər.

“Çox güman ki, o dostları kimi “mavi” olub: beləcə, onlar bəşəriyyətin min illik tarixi boyunca mövcud olan homoseksualların təqiblərindən qurtarmağa çalışıblar. Öz utopik cəmiyyətlərini maliyyələşdirmək üçün oğurluq ediblər, kasıblara isə heç vaxt toxunmayıblar. Robin Hud - real insandır. O, lider idi, amma öz dostlarına heç vaxt əmr etmirdi. Şervud meşəsi isə onlar üçün mükəmməl yer idi”,- deyə alim əlavə edib.

Bəs Nottinqemın zalım şerifinə qarşı mübarizədə quldurlara qoşulan gözəl Med Marionun Robinə ərə getməsi necə izah oluna bilər? Alimlər deyirlər ki, bu personaj ballada və əfsanələrə sonradan əlavə olunub. Ehtimala görə, Robinin “mavi” olduğunu gizlətmək üçün.