Yemək yarışlarının tarixi

Paylaş:

İnsanlar hər zaman yarışmağı seviblər. ABŞ-da xüsusilə yemək yemə yarışları məşhurdur. 1910-cu illərdən başlayaraq kütləvi şəkildə yemək yarışları keçirilir. Hər il də yarış iştirakçılarının göstəriciləri artan xətlə gedir.


Sürətli yemək müsabiqələrinin tarixi kənd məhsulları yarmarkalarından başlayır. Başlanğıcda insanlara fermerlərin təklif etdikləri tərəvəz və meyvələri yemək təklif olunurdu.


1910-40-cı illərdə sürətlə yemək yarışları Amerikanın hər tərəfinə yayılmağa başlayır. Bir çox istehsalçılar məhsullarını reklam etmək üçün bu cür yarışlarda həvəslə iştirak edirdilər.
 

Bəzi müsabiqələr vaxt öldürmək üçün keçirilirdi və acgözlülüklərlə yadda qalırdı. İştirakçıların bir qismi uzun müddət mədə-bağırsaq problemləriylə əlləşirdilər.
 

Bu sahədə ən məşhur yarış hot-doqların yeyilməsi müsabiqəsidir. Birinci dəfə belə müsabiqə qəlyanaltı şəbəkəsinin sahibi Natan Handverker 1916-cı ildə keçirib. 4 kişiyə 12 dəqiqə ərzində maksimum sayda hot-doq yemək tapşırığı qoyulub. O vaxtdan hər il (1940-cı ildən başqa) MÜstəqillik Günündə bu müsabiqə təşkil olunur. Əgər 1916-cı ildə qalib 10 hot-doq yemişdisə, 2009-cu ildə 10 dəqiqəyə 68 ədədini yemişdi (bu rekorddur).

Böyük Depressiya illərində kütləni problemlərdən yayındırmaq üçün yemək müsabiqələrinə diqqət daha da artırılır.