"Youtube"un ilk videosunu görmüşdünüz?

Paylaş:

Ən böyük video paylaşım saytı olan "Youtube"un ilk videosunun hansı olduğu sualı ağlınıza gəldimi heç? "Youtube"-un yaradıcılarından Cavid Kərimin yüklədiyi “Me at the Zoo” (Mən zooparkda) adlı video sayta yüklənən ilk video olaraq tarixə düşüb. 2005-ci il aprelin 23-də sayta yüklənən 18 saniyəlik videoda Cavid fillərə üz tutub “Həqiqətən çox uzun burunları var. Başqa deyəcək sözüm yoxdur” deyir.

Videonu bu günə qədər 35 milyon 464 mindən çox adam izləyib.