Qatil uşaqlar

Paylaş:

Uşaq deyəndə ağıllara saf, təmiz, ilahi varlıqlar gəlir. Uşaqların qəddar halını təsəvvür etmək çətin olur. Lakin çox təəsüf ki, cəmiyyətdə cinayətkar uşaqlarada rast gəlinir.

 

Dünyanın ən qəddar 5 uşağı

 

5-ci yer Amarjeet Sada (8 yaş)

8 aylıq bacısını öldürdükdən sonra, 9 aylıq qohumunu da öldürən Sadanın ailəsi hadisələri gizlətdi, lakin qonşunun uşağını da öldürdükdən sonra cinayətlərin üstü açıldı.

 

4-cü yer Kipland Kinkel (15 yaş)

Valideyinlərini silahla öldürən Kinkeli onların cəsədlərinə 5 bomba yerləşdirib. Daha sonra oxuduğu məktəbə hücum edib, 24 nəfəri vurub.

 

3-cü yer Joshua Phillips (14 yaş)


8 yaşında olan dostunu beyzboll çubuğu ilə öldürüb və cəsədi yatağının altında gizlətmişdi. Bir müddət sonra qoxu hiss edən anası yatağı qaldırdıqda cəsədi tapıb, oğlunu polisə təslim etmişdi.

 

2-ci yer Mary Bell (12 yaş)


2 balaca uşağı boğaraq öldürən Bell, birinin qarnına adının baş hərfini cızaraq yazmışdı. Polisə verdiyi ifadədə "adam öldürməyin həyəcanını və həzzini yaşamaq istədim" deyib.

 

1-ci yer Jesse Pomeroy (14 yaş)


7 balaca uşağa işgəncə verərək öldürüb və polisin onu yaxalamasınan sonra daha 29 uşağı da öldürdüyü bilinib. Evindən 12 cəsəd çıxıb.