Vəsiyyətlə yaranan mükafat - Nobel

Paylaş:

Nobel mükafatı dünyanın ən nüfuzlu mükafatları sırasındadır. Ixtiraçı ve sənayeçi Alfred Bernard Nobelin soyadını daşıyan mükafatın maraqlı təsis edilmə tarixi var.
Alfredin kiçik qardaşı Emil öz fabriklərində partlayıcı maddə olan nitroqliselinlə təcrübə apararkən partlayış nəticəsində həlak olub. Bu hadisədən sarsılan alim, istehsalı və daşınması  təhlükəsiz olan partlayıcı ixtira etməyi qarşısına məqsəd qoyur.Və 3 il sonra dinamiti kəşf edir. Fəqət, ixtirasının insan qırğınına səbəb olduğunu görən alim peşman olur və ölümünə bir il qalmış Parisdə ikən vəsiyyətnaməsində yazır: “Özümdən sonra qoyduğum daşınmaz əmlakım və sərvətimin hamisi aşağıdakı formada bölüşdürüləcəkdir: Kapital etibarlı bir formada fonda toplanmalıdır. Bu fondun gəliri hər il insanlığa ən böyük xidməti olan şəxslərə verilməlidir. Bu gəlir 5 əsas bölməyə ayrılmalı və paylanmalıdır”.
Beləliklə, 27 noyabr 1895-ci ildə vəsiyyət əsasında Nobel mükafatı təsis edilir. Təşəbbüskarın vəfatından sonra qalan kapitalla Nobel Fondu yaradılır və 1901-ci ildən mükafat öz sahiblərini tapmağa başlayır.
Vəsiyyətə əsasən, mükafat bu beş sahə üzrə verilir:
Fizika  (ən mühüm kəşf  və ya ixtira edən şəxsə), kimya  (ən mühüm kəşf  və ya ixtira edən şəxsə), tibb və fiziologiya (ən mühüm kəşf  və ya ixtira edən şəxsə), ədəbiyyat (idealistik meylde ən məşhur işin müəllifinə), sülh (millətlər arasında ən çox və ya ən yaxşı ictimai işlər görən şəxsə).
Nobel Fondunun yaranmasında Bakının da rolu olub. Belə ki,  Alfred Nobel 1896-ci ilin 10 dekabırında dünyasını dəyişdikdən sonra onun Azərbaycandakı əmlakı hesablanaraq,  5.2 mln isveç kronu olduğu müəyyən olunub. Ümumilikdə, mükafatlar sisteminin yaranmasına 30 mln. isveç kronu ayrılıb.
1968-cu ildə isə Isveç Bankı oz təşəbbüsü  ilə  bankın 300 illik  yubileyinin şərəfinə vəsiyyətdən kənara çıxaraq  Nobel Iqtisadiyyat Mükafatını təsis edir. Onun  da təltif qaydası digər sahələrdə olduğu kimidir.
Hal-hazırda mükafatın məbləği təxminən 1mln. 450min dollar təşkil edir.
Hər bir istiqamət üzrə mükafatın təqdim edilməsi üçün xüsusi Nobel Komitələri mövcuddur. Isveç Kral Elmlər Akademiyası öz tərkibində fizika, kimya və iqtisadiyyat üzrə 3 komitə təsis edib. Bundan başqa, Isveç Akademiyasi ədəbiyyat üzrə,Karolin institutu tibb və fiziologiya üzrə və nəhayət Norveç parlamenti(Storting) isə sülh mükafatı üzrə komitələr seçirlər.Hər komitə 5 nəfərdən ibarətdir.Qeyd edək ki,yaranmış ənənəyə əsasən sülh mükafatından başqa yerdə qalan  bütün mükafatlar Isveçrədə təqdim olunur.
Mukafatın təsis edildiyi illərdə və indiki dövrdə verilməsində bəzi maraqlı məqamlar vardır.Məsələn,kimya üzrə Nobellərin demək olar ki,hamısı XX əsrin ikinci yarısında qazanılıb.Tibb sahəsində ilk mükafatlar isə xüsusi xəstəliklər(difteriya,malyariya,vərəm) üzərində olan nailiyyətlər və kəşflər üçün təqdim edilsə də,1979-cu ildən mükafatlar yalnız nəzəri təqdiqatlara görə təqdim edilməyə başlayıb.
Mükafatın laureatları ilə bağlı maraqlı faklar da mövcuddur.Ən əsası-qadınlara kişilərlə muqaisədə mukafat daha az verilib.1901-2010-cu illər ərzində yalnız 40 qadın laureat olub.Muqaisə üçün deyək ki,kişi laureatların sayi 773-dür.Iqtisadiyyat sahəsində isə ümumiyyətlə təsis edildiyi ildən 2009-cu ilə qədər heç bir zərif cins nümayəndəsi bu fəxri ada layiq görülməyib.
Nobeli ailəvi alanlar da olub.Ilk qadın-laureat Mariya Küri,həyat yoldaşı Pyer və qızları Iren  tarixə mükafatçı ana-ata-qız üçlüyü kimi öz adlarını həkk ediblər.
Qəribə olsa da,bu qədər nüfuzlu mükafatı qəbul etməyənlər də olub.Fransız filosof  və tənqidçi Jan Pol Sarter buna nümünədir.1964-cu ildə ədəbiyyat üzrə fəxri ada layiq görülən yazar həm əsərlərinə həm də siyasi mövqeyinə zərər verəcəyi səbəbi ilə mükafatı rədd edir və tarixə Nobel mükafatını qəbul etməyən ilk namizəd olaraq düşür.
4 nəfər isə mükafatı rədd etməyə məcbur edilib.Bunlarin 3-ü Riçard Kan,Adolf  Bütenand və Gerhard Domak Adolf  Hitler tərəfindən,Boris Pasternak isə Sovet Ittifaqının hakimiyyət orqanları tərəfindən  bu qərarı almağa məcbur edilib.
Mükafatı alıb,onun məbləğini özünə götürməyənlər də olub.Ilk müsəlman laureat Əbdüs-Səlam 1979-cu ildə fizika üzrə bu fəxri ada layiq görüldüyündə mükafatın məbləğini inkişaf ədən ölkələrdən olan fiziklərin ehtiyaclarının ödənilməsinə sərf edib.
Mükafatçılar arasında -Uinston Çerçill,Mixail Qorbaçov,Kofi Annan, Barak Obama, Ernest Heminquey,Redyard Kiplinq,Bernard Şou,Rabindranat Taqor,Anna Axmatova,Aleksandr Soljenitsın, Albert Enşteyn,Vilhelm Rentgen və Lev Landau kimi siyasi xadim,yazıçı,şair və alimlərin  adları var.
Yeri gəlmişkən,Landaunun  Nobel mükafatına layiq görülməsində Azərbaycan təhsil müəssələrinin də töhfəsi olub.Bakıda anadan olan Lev Davidoviç  13 yaşında gimnaziyanı bitirsə də,universitetə yaşı çatmadığından,Bakı Iqtisadiyyat Texnikumuna qəbul olunub.14 yaşından isə Bakı Dövlət Universitetinin  iki fakültəsində-fizika-riyaziyyat və kimya ixtisasları üzrə təhsil alıb.Digər önəmli fakt-1962ci ildə Nobel Komitesinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizikin Stokholma gedə bilmədiyindən,Isveçin Moskvada olan səfirinin mükafatı xəstəxanada ona təqdim etməsidir.Buna səbəb həm il alimin ciddi avtomobil qəzasına uğrayaraq 3 ay komada yatmasıdır.
Əfsuslar olsun ki, 117 yaşlı mükafatın laureatları sırasında hələ də azərbaycanlıların adları yoxdur.