Dahilər nə yeyib içirdilər ?

Paylaş:

Thomas Edisonthomas 

O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmiş,elektrovoz istehsalına başlamış,fonoqraf kəşf etmişdir.”Mən vegeterianam və içki içmirəm, ona görə də ağlımı işlətməyin yolunu tapıram” deyən Edisonun tam bir şorba dəlisi olduğunu deyə bilərik.Hətta işə alacağı namizədlərin şorba içməyinə belə diqqət verirmiş.Bir qaşıq içmədən şorbasına istiot əlavə edənləri görmək istəmirdi amma duz əlavə edənlərə isə 2-ci bir şans verdiyi də danışılır.

 

Leonardo Da Vinçi

Bir çox mənbələrə görə Da Vinçi də uşaqlığından başqa heç vaxt ət yeməyib,həyatını bir vegeterian olaraq yaşayıb.

 

Steve Jobs

Stiv Cobs, Steven Paul Jobs — tanınmış Amerika ixtiraçısı və biznesmeni. O, Apple şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi.Tam bir kök xəstəsi olduğunu deyə bilərik.Onun haqqında yazılmış bioqrafiyalarda çox kök yediyi hətta buna görə də tez-tez həzm problemi yaşadığı bildirilir.

 

Michelangelo

Tarixin gəlmiş geçmiş ən çox tanınan rəssam və heykəltəraşlarından biri olan Michelangelonun çox qəribə bir yemək vərdişi olduğu bildirilir.Haqqında olan mənbələrə görə səhər qalxar-qalxmaz işə başlayan sənətkar işi qurtarana qədər ağzına tək br loxma belə qoymurmuş.Bəzən işinin gecə saatlarına qədər davam etdiyi də bildirilir.Ancaq işi qurtaranda yemək yeyirmiş.

 

Friedrich Schiller

İohan Xristof Fridrix fon Şiller  — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi.Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.Demək olar ki, hər zaman iş masasında çürümüş alma olardı.O almaları işləyərkən yeyərdi.Bu vərdişini isə”çürümüş almalar mənə uşaqlıqlığımı xatırladır”deyə açıqlayıb.

 

Charles Darwin

Çarlz Robert Darvin  – çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası.Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.Üzərində təcrübələr apardığı bir çox eqzotik heyvanı yediyi bildirilir.Hətta bu heyvanlardan başqa bayquş,qartal,şahin əti də yeyirmiş.

 

Pifaqor

Teoremleri ilə tanıdığımız Qədim Yunan riyaziyyatçısı Pifaqor haqqında yazılan mənbələrə görə onun ən sevmədiyi qida lobya imiş.Əlindən gəldiyi qədər bu bitkidən uzaq gəzirmiş.Yazılmış rəvayətlərə görə Pifaqoru öldürməyə gələn bir qrup qatildən qaçarkən qarşısına lobya sahəsi çıxmış lakin yerində qalaraq ölümü seçmişdir.