Ən gözəl ördək

Paylaş:

Mandarin ördəyi Şimali Amerikada yaşayan meşə ördəyinə bənzəyir. Nəsli tükənmə təhlükəsi yoxdur. Çünki bu ördəyin dadının pis olması ovçuları onu ovlamaqdan çəkindirir. Mandarin ördəyi yer kürəsində ən gözəl ördəkdi. Mandarin ördəklərinə onların parlaq lələklərinə görə ləqəb verdilər. Çində mandarin tanınmış, gözəl geyimli ağaları adlandırırdılar. Bu ördək kiçikdir. 0,4-dən 0,7 kiloqrama qədər çəkisi var. Mandarin ördəyinin erkəyinin nikah vaxtı başqa ördəklərdən rengi ilə fərqlənir. Demək olar ki, bütün il boyu bu ördək nigah dövrünü yaşayır, sentyabrdan iyula qədər. Dişilər erkəklərdən daha zərif görünürlər, amma onların lələklərində parlaq rənglər yoxdur. Bütün ördəklərdən fərqləri budu ki onlar ağaclarda yaşayırlar, həm də onların oyuqları 6 metrdən yuxarı hündürlükdə yerləşə bilər. Bir tərəfdən, bu quş balaları üçün çox narahat görünürlər, hər bir ördək kimi üzməklə bərabər hündürlükdəndə tullana bilirlər.