37 ildən sonra qar yağdı

Paylaş:

Nadir təbiət hadisəsini fotokameraların yaddaşına həkk etmək mümkün olub. Dünyanın ən böyük səhrası Saxarada (Şimali Afrika) son 37 il ərzində ilk dəfə qar yağıb. Qar bir günə yaxın qalıb. 

Əlcəzairin Ain-Sefra şəhərində bu nadir təbiət hadisəsini çəkən fotoqraf Kərim Buçetata qarın hamının təəccübünə səbəb olduğunu bildirib. 

Saxarada iki dəfə qar yağıb. İlk dəfə 1979-cu ilin fevral ayının 18-də qar yağması bir saat yarım davam edib.