Milyarderlərin sadə xanımları

Paylaş:

Belə bir rəy var ki, milyarderlərin xanımları uzun ayaqlı gözəlçələrdir. Onların işi gücü gözəllik salonlarında, fitnes klublarında vaxt keçirməkdi. Əslində belədirmi?

 

 Mark Zukerberk və Prisçilla Çan

 

Mark Zukerberqin varidatı bu ilin noyabrında 50 milyard dolları keçib. O, gələcək həyat yoldaşıyla harvardda tələbə ikən tanış olmuşdu. Çan Markın sosial şəbəkə yaratmaq ideyasına hər zaman dəstək olub. Onlar  2012-ci il mayın 19-da ailə qurublar. 2015-ci il dekabrın 2-də qızları dünyaya gəlib.

 

Uorren Baffet və Astrid Menks

 

Uoren Baffet çəşhur investorlardan biridir. 2016-cı ilin noyabrında onun sərvəti 70 milyarddan çox olub. O, Astridlə 70-ci illərdə tanış olub. Qadın o zaman ofisiant işləyirdi. Onların arasında 16 il yaş fərqi var.

 

Bill və Melinda Qeyts

 

 

Bill Qeytsin sərvəti 2016-cı ilin noyabrına qədər 80 milyard dolla təşkil edib. Gələcək həyat yoldaşıyla Bill 80-ci illərin sonunda “Maycrasoft”un konfranslarının birində tanış olub. Melinda şirkətin əməkdaşı olub. Sevgililər 1994-cü ildə evləniblər. Hazırda Bill və Melinda 3 uşaq böyüdürlər. Ər-arvad həm də ən böyük xeyriyyəçilik fondunu təsis ediblər.

 

Larri Peyc və Lusinda Sautvort

 

 

Larri Peyc “Google”un təsisçilərindən biridir. 2016-cı ilin noyabrına görə onun sərvəti 30 milyarddan artıq olub. Onun özündən 7 yaş kiçik xanımı isə çox da tanınmır. O, ictimai diqqətdən kənarda qalmağı xoşlayır. Məlumdur ki, cütlüyün nigahları tanışlıqlarından bir neçə ay sonra baş tutub.

 

Ceff və Makenzi Bezos

 

 

Cef Bezos Amazon şirkətinin qurucusudur. 2016-cı ilin noyabrına qədər onun sərvəti 60 milyard dollardan artıq olub. O, gələcək həyat yoldaşı ilə 1992-ci ildə tanış olub. Amerikanın “Vogue” jurnalına verdiyi müsahibəsində Makkenzi bildirib ki, onların ofisləri yanaşı olub. “Hər gün onun gözəl gülüşünü eşidirdim. Ona necə vurulmamaq olardı?” Bir il sonra onlar evlənirlər. Hazırda cütlüyün 4 övladı var.

 

Riçard və Coan Brenson

 

 

“Virgin Group”un sərvəti 2016-cı ilin noyabrına görə 5 milyard dollar təşkil edib. Riçard gələcək xanımıyla ətiq mallar dükanında tanış olub. Bu zaman Coana özü evli olsa da Riçard ilə görüşməkdə davam edib. Bir il sonra isə ərini tərk edib yeni sevgilisinin yanına gedib. Cütlüyün 2 övladı var-Holli adlı qızları və Sem adlı oğlanları.

 

Amansio Orteqa və Flora Markote

 

 

Moda sənayesinin nəhəng “İnditex” geyim şirkətinin sərvəti 2016-cı ilin noyabrına qədər 70 milyard dollar təşkil edib. Qeyd edək ki, bu şirkətə Zara, Massimo Dutti, Pull & Bear, Stradivarius, Bershka, Oysho, Uterque və Lefties brendləri daxildir. Flora uzun müddət Amansionun katibəsi işləyib. 2001-ci ildə onlar evləniblər.

 

Stefan və Karolin Persson

 

 

H&M  holdinqinin idarə heyəti sədrinin varidatı 2016-cı ilin noyabrına görə 20 milyard dollar təşkil edir. Onun xanım Karolin yüksək təbəqəyə məxsus olmayıb. Persson çalışır ki arvadının adı mətbuatda və internetdə çox hallanmasın. Məlumata görə onların üç uşağı var və çox sadə həyat sürürlər

 

Bernar Arno və Elen Mersyo

 

 

Dior, Givenchy, Selin, Lacroix, Kenzo, Guerlain, Sefora, Hennessy, Moёt & Chandon, Dom Perignon, Pommery, Veuve Clicquot  və Krug brendlərinin sahibinin 2016-cı ilin noyabrına görə sərvəti 30 milyard dollardan artıq olub. Onu xanımıyla musiqi birləşdirib. Bernar klassik musiqini dinləməyi sevirdi, Elen isə professional pianoçuydu. Cütlük 1991-ci ildən evlidirlər. Beş uşaqları var. İkisi Bernarın birinci evliliyindən və Elendən olan 3 oğlan.

 

Maykl və Syuzan Dell

 

 

2016-cı ilin noyabrına görə Mayklın sərvəti 20 milyard dollardır. Gələcək xanımıyla təsadüfi görüşdə tanış olub. Syuzan professional idmançı olub. Hətta triatlon üzrə dünya çempionatında da iştirak edib. Hazırda cütlük dörd uşaq böyüdür.

 

Maykl Blumberq və Diana Teylor

 

 

Maykl Blumberq siyasətçi, sahibkar və Nyu-Yorkun keçmiş meridir. Onun sərvəti 2016-cı ilin noyabrına görə 40 milyard dollardan artıq olub. O, ilk arvadıyla boşanıb. Diana ilə isə 2000-ci ildən vətəndaş nigahında yaşayır. Cütlük dəfələrlə bəyan edib ki, rəsmi nigaha girməyi əhəmiyətli saymırlar.

 

Devid və Culiya Kox

 

 

Devid Kox istehsalat, investisiya, ticarət, neft emalı, kimya sənayesi, süni lif və plastmas üsrə ixtisaslaşan koorporasiyanın sahibidir. Onun sərvəti 2016-cıı ilin noyabrına görə 40 milayrd dollardan çoxdur. Onlar 20 il əvvəl evləniblər. Culia nadir hallarda publikaya çıxır. O vaxtının çoxunu ailəsinə və xeyriyyə işlərinə həsr edir.