Subay kişilər tez ölür?

Paylaş:

 

Alimlərin araşdırması göstərib ki, subay kişilər evlilərlə müqayisədə daha cavan yaşlarında dünyalarını dəyişirlər.
19-44 yaşlarında kişilər arasında subayların 50 yaşına çatmadan ölmək ehtimalı evlilərlə müqayisədə düz 58% artıqdır.

Araşdırma ABŞ-dan olan 67 min kişi və qadın üzərində aparılıb. Məlum olub ki, vaxtilə evli olmuş və sonradan boşanmış kişilərin vaxtından əvvəl ölmək riski də evlilərlə müqayisədə artıqdır. Lakin bu fərq 27%-dir.

Alimlər ölümün səbəblərini də araşdırıb. Məlum olub ki, orta və yaşlı nəslin nümayəndələri olan kişilərdə bu, əsasən ürək tutmasından baş verir. Gənc subaylar isə daha çox infeksion xəstəliklərə tutularaq dünyasını dəyişir.