Məşhurların özlərinə bənzəməyən cavanlığı

Paylaş:

Çarli Çaplin
1910-cu ildə 20 yaşlı Çarli Çaplin heç kimin tanımadığı britaniyalı aktyor idi. 10 il sonra onun üçün yaradılmış geniş şalvarlı və məzəli bığı olan "balaca avara" obrazını bütün dünya tanıdı.

 

Lev Tolstoy
L.Tolstoy 19 yaşında universiteti atıb Yasnoe Polyanadakı mülkinə qayıdır. Orada gələcəyin dahi yazıçısı özü-özünə təhsil alır, inkişaf etdirir. Bu şəkildə o hüququ, ingilis dilini və musiqini öyrənir. İki ildən sonra özünün dərs deyəcəyi təhkimli kəndlilər üçün məktəb açır.

 

Tereza Ana
Aqnes Boyaciu 18 yaşında irlandiyaya gələrək monax qadınların ordeni olan "İrland Loreto bacıları"na üzv olur. İki ildən sonra Müqəddəs Terezanın şərəfinə Tereza adını götürür. Beləliklə dünya onu adla tanımağa başlayır.

 

Dmitriy Mendeleyev

Bir çox insan hələ də belə bir əfsanəyə inanır ki, kimyəvi elementlər cədvəlini o yuxuda görüb. Amma Mendelyev özü sağlığında bildirib ki, həmin işin üstündə 20 il çalışıb. Cədvəlin ideyası o hələ Sankt-Peterburqda tələbə ikən ağlına gəlmişdi

 


Çarlz Dikkens

Məşhur yazıçı 13 yaşından işləməyə məcbur olub. Onun atasını uzun müddətə həbsə atıblar. Bir müddət sonra atası yaxşı varidat əldə edir və onu azad edirlər. Lakin anasınn israrıyla kiçik Çarlz fabrikdə işləməyə davam edib. Bu qərarına görə Dikkens anasına ömrü boyu nifrət edib.

 

Albert Eynşteyn
Universiteti bitirdikdən sonra gənc Eynşteyn daimi iş tapa bilmirdi. Bəzən pulsuzluqdan bir neçə gün ac qaldığı da olurdu. Məhz ac qalmağı onun ömrü boyu əziyyət çəkdiyi qaraciyər ağırılarına gətirib çıxardıb. Bütün çətinliklərə baxmayaraq Albert Eynşteyn 26 yaşında özünün məşhur "Nisbilik Nəzəriyyəsi"ni nəşr edə bilib.

 

Henri Ford

H.Ford ata evini 16 yaşında tərk edərək Detroyta gedir. Məqsədi maşinistliyi öyrənmək olub. Gənc yorulmadan özünü təkmilləşdirərək mühasibatı və riyaziyyatı öyrənir. Bir neçə ildən sonra Ford "Edison Illuminating Company" şirkətinə mühəndis vəzifəsində işə qəbul olunur.

 

Uinston Çörçil

Böyük Britaniyanın ən məşhur baş nazirinin gəncliyi çox dinamik keçib. 20 yaşında o Kubada hərbi müxbir kimi işləyib. O yerli sakinlərin İspaniyaya qarşı üsyanını barədə yazıb. Bir neçə dəfə hətta açıq döyüşə də düşür. Məhz bu adada U.Çörçil özünün sevimli oyuncağı-Kuba siqarıyla tanış olur

 

Mohatma Qandi

24 yaşında London universitetini bitirən Qandi vətəninə qayıdır. Burada o total bəbabərsizliklə qarşılaşır. Gənc hüquqşünas hindlilərin haqqları uğrunda mübarizəyə başlayır. Ancaq qeyri-zorakılıq üsullarından istifadə edən M.Qandi ölkəsinin müstəqilliyinə nail olur

 

Çarlz Darvin

20 yaşında Darvin keşiş olmaqdan imtina edir. Atası onu allahsız sayır. Qəribədir ki, gənci ilk baxışda qorxunc görünən şeylər, böcəklər, kəoənəklər və ilbizlər maraqlandırırdı. Bir ildən sonra Çarlz "Biql" gəmisiylə dünya səyahətinə çıxır. Məhz bu beş illik səfər onun məşhur "təkamül" nəzəriyyəsinin ortaya çıxmasına səbəb olur