Təsadüfən ortaya çıxan kəşflər

Paylaş:

Müştəriyə əsəbləşib kartof cipsini icad edən kim, dərman niyyətiylə kolanı yaradan kim! Bugün yediyimiz, içdiyimiz, sağlamlığımız üçün istifadə etdiyimiz bir çox şeyin təsadüfən ixtira olunduğunu bilirdiniz? Buyurun, koladan cipsə, dünyanı dəyişdirən ixtiralar!

 

Coca-Cola

Dərman sektorunda işləyən Jhon Pemperton, koka bitkisi ilə şərab qarışımından bir dərman üzərində işləyirdi. İxtiraçı, bu ixtirasını daha sonra baş ağrısını kəsən bir dərman kimi satmağa başladı. 1885ci ildə, Atlantada spirtli içki satışı qadağan olundu. Pemperton bu dərmanın içinə biraz qaz və su əlavə edərək içki formasına saldı və beləcə coca-cola yarandı.

 

Şokolad parçalı peçenye

1930cu illərdə şirniyyat sexində işləyən Ruth Vakefield bir gün sexdə şokoladın qalmadığını gördü. Əslində şokoladlı peçenye hazırlamaq istəyərkən, əlindəki şokolad parçalarını peçenye xəmirinin içinə atdı. Nəticə olaraq şokoladlı peçenye yox, şokolad parçalı peçenye yarandı.

 

Kartof cipsi

Bir restoranda işləyən George Crum, 1853 ilində müştərilərinə kartof qızartması hazırlayırdı. Müştərilərdən biri kartof qızartmasının çox qalın olduğunu, “daha incə, daha qızarmış” kartof istədiyini dedi. Crum buna əsəbləşib kartofları inanılmaz dərəcədə incə kəsərək qupquru olanadək qızartdı. Müştəri bunu çox bəyəndi və beləliklə kartof cipsi ortaya çıxdı.

 

Penisilin


Sir Alexender Fleming, bakteriya yaratdığı bir qabda ortaya çıxan kifin ətrafdakı bütün bakteriyaları öldürdüyünü gördü. Kif üzərində təcrübələr aparan Fleming, buradan xəstəlikləri böyük ölçüdə yox edən bir antibiotik olan Penicilin iynəsini kəşf etdi. (oha.az)