Səfirin qanını yuyan almaz

Paylaş:

Rus şairi yazıçısı, olkəsinin İrandakı səfiri Qriboyedovun 1829-cu ildə Tehranda öldürülməsi böyük diplomatik qalmaqala səbəb olur. İran-Rusiya münasibətləri kəskinləşir. Abbas Mirzə Qacar, münasibətləri normallaşdırmaq üçün vəliəhdi Xosrov Mirzəni qiymətli hədiyyələrlə Peterburqa Çar Birinci Nikolayın yanına göndərir. Hədiyyələrin içində 80 karatlıq "ŞAH" adlı almaz da vardı. Almazın üstündə sahibləri olmuş üç şəxsin - Mogol hökmdarları - Nizam Şah, Cahan Şah və İran padşahı-Fəthəli Şahın adları həkk olunmuşdu. Deyirlər ki, Nikolay almazı alandan sonra Xosrov Mirzəyə deyir- "Мən Tehran hadisəsini əbədi olaraq unuduram!!!