Bu ölkədə ağ adam olmaq ölüm deməkdir

Paylaş:

Bu Afrika ölkəsində yerli xalq albinosların bədənini parçalayıb satır.

Tanzaniyada albinos olmaq bir qorxu filmində baş rol oyunçusu olmaq kimidir. Afrikada hələ də batil inanclar öz etibarlılığını qoruyur. Vudu cadugərləri zəngin olmaq, qismətini açmaq və ya sağlamlığına qovuşmaq istəyənlərə albinosların əllərin-dən, ayaqlarından və dərilərindən hazırlanan xüsusi maye düzəldirlər. Xüsusilə, Tanzaniyada insanların ən yaxın su quyusuna getmək üçün kilometrlərlə yol qət etdiyi yaşayış yerlərində albinos uşaqlar asan ov sayılır. Rəsmi rəqəmlərə görə, Tanzaniyada 2007-ci ildə 53 albinos qətl edilib. Yerli xalq albinosların şans gətirdiyinə inandıqları üçün onların bədənini parçalayaraq satırlar. Bəzi bölgələrdə albinos körpələrin doğulan kimi öldürüldüyü bildirilir. Albinosların orqanları bəzən, hətta 75 min dollara qədər alıcı tapa bilir. Tanzaniya albinosların ən çox məskunlaşdığı ölkə kimi tanınır. Burada 270 mindən çox albinos yaşayır.

Albinosların məruz qaldığı bir digər şiddət isə təcavüzdür. Çünki Afrikada insanlar albinoslarla cinsi əlaqəyə girməyin QİÇS xəstəliyini müalicə etdiyinə inanırlar. Məhz bu səbəblə öldürülən albinos uşaqların qız-oğlan fərq etmədən təcavüzə uğraması insanları heyrətləndirmir .

Yerliəhali albinosların qarabasma olduğunu və onların tanrı tərəfindən cəzalandırılmış, lənətlənmiş olduğunu düşünürlər. Bu səbəb lə albinoslar çox vaxt məktəblərə də qəbul edilmir.