79 milyardlıq uğurun hekayəsi

Paylaş:

 

İspaniyanın məşhur geyim firması “Zara”nın sahibi Amansio Orteqa Bil Qeytslə dünyanın ən zəngin adamı ünvanı uğrunda yarışırlar. Lakin o rəqibindən fərqli olaraq mediatik adam deyil, o qədər də tanınmır. Özünün dediyinə görə 2000-ci ilə qədər cəmi 3 qəzetə müsahibə verib.

1926 təvəllüdlü Amansio 39 yaşına qədər ciddi bir uğurun sahibi olmayıb. 14 yaşında liseyi ataraq böyük bacısıyla birlikdə hamam xalat tikməyə başladılar. 19 yaşında ilk dükanlarını açıblar. Uşaqlığı vətəndaş müharibəsi və ardından da İkinci Dünya Savaşında keçən Orteqanın həyatında ciddi bir məqsədi olmayıb. Ta ki, 1975-ci ilə qədər.

Bacısıyla xalat tikməyə başayandan 26 il sonra 1975-ci ildə “Zara”nın təməlini atır. Əvvəlcə firmanın adını “Zorba” qoymaq istəyir. Brendin adını necə qoyduğunu Orteqa belə söyləyir: “Artıq bir marka yaratmaq istəyirdik. Brendin adını “Zorba” qoymaq istədim. Çünki Entoni Quinin “Zorba The Greek” filmini çox bəyənmişdim. Ancaq bu adın patentini almaq istəyəndə dedilər ki, artıq alınıb. Çox məyus oldum və “Zara” adını seçdim”.

79 yaşlı Orteqa iki dəfə evlənib və bunlardan 3 uşağı var. Qurduğu firmada hazırda 29 min işçi çalışır və sərvətinin dəyəri 79 milyard dollardır.