Bunları yoxlayın-işinizə yarayacaq-FOTOLAR

Paylaş:

Gündəlik qayğılar xeyli vaxtımızı alır. Kartofun soyulması, qulaqcığın dolaşması, hətta ayaqqabı bağlarının düyünlənməsi. Bütün bunlar qiymətli zamanımızı alır. Ancaq daha optimal üsullarla bütün bunları effektiv və tez həll etmək olar. 

 

Ketçupu butulkasından rahat boşaltmaq

Bunun üçün butulkanın arxasından vurmaq lazım deyil. Bunun üçün butulkanı 30° əyin və boğaz hissəsinə vurun. Bu şəkildə ketçup asan və sıçramadan düşəcək.

 

Bağı necə tez bağlamaq

 

Köynəyi saniyələr içində yığmaq

Köynəyin 1-2 nöqtələrindən tutun. 2-ci nöqtəni buraxmayın, 1 saylı nöqtəni 3-ə tərəf çəkin və ikisini də birgə tutun. 1 və 3-ü buraxmayın, sol əlinizlə 2-ni çəkin və köynəyi düzəldin. İkinci nöqtəni çəkin.

 

Bananı daha tez soymaq

Sadəcə iki yerə bölün və arxa ucları bir az sıxmaqla içindəkini çıxardın.

 

Kartofun tez və bıçaqsız soyulması

Qaynadılmış kartofu qazandan çıxardın və soyuq suya salın. Bir dəqiqə sonra qabığın rahatca əlinizlə soyun.

 

İki dəqiqəyə ev şərbəti hazırlamaq

Bir stəkan şirəni paketə boşaldın və germetik şəkildə ağzını bağlayın. Onu da daha böyük paketin içinə qoyun. Ora iki stəkan buz, bir stəkan duz tökün və su əlavə edin. Paket soyuyana qədər yaxşıca qarışdırın.

 

Qulaqcığın şnurunu 5 saniyəyə yığmaq

Qulaqcığın bir ucunda gözcük düzəldin. Şnurun qalan hissəsini ona dolayın. Digər ucunu gözcüyün içinə salıb şnuru dartın.

 

Bir nəfəsdə yumurtanı qabığından təmizləmək

Bişmiş yumurtanın hər iki ucunu qırın. Sonra bir tərəfindən yaxşıca üfləyin. Yumurta rahat və bütöv şəkildə çıxacaq.

 

Qazlı suyu iki dəqiqəyə soyutmaq.

Böyük kasaya su tökün. Ora iki stəkan buz və bir stəkan duz əlavə edin. Ağzını bağlayıb möhkəm silkələyin.

 

Narın şiərisni sıçradan asan təmizlənməsi.

Narın yuxarı hissəsini kəsin və bütün meyvə boyu qabığını çərtin. Sonra qaba tərəf çevirib arxasından qaşıqla vurun.

 

Farşın dondurulması

Farşı br paketə qoyun və oxlovla düz olana qədər əzin. Sonra qələmlə və hansısa çubuqla bir neçə hissəyə bölün. Bu şəkildə dondurulan farşdan sizə lazım olan qədər götürə bilərsiniz.