Quşlar da ağıllıdır

Paylaş:

İnsanlar ağıllı heyvanlar haqqında fikirləşəndə quşlar yada düşən ilk heyvan olmurlar. İngilis dilində kimisə quşbeyin adlandırmaq həmin şəxsin axmaq olduğu anlamına gəlir. Bundan başqa nəyəsə «quşlar üçündür» demək həmin şeyin mənasız olduğun bildirir. Ancaq bu ifadə tamamilə səhv ola bilməz. Bəzi quşlar xüsusilə  qarğalar son dərəcə ağıllı ola bilər. Əslində qarğaların problem həll etmə qabiliyyəti 7 yaşlı uşağınkından daha yaxşıdır.

Təcrübələrin birində qarğanın 3 mərhələli çətin bir problemi həll etdiyi göstərilir. Qarğaya kəndirdən asılmış qısa çubuq, bir qutuda əlçatmaz yerdə uzun çubuq və həmin qutunun dibində bir tikə yemək verildi. Qarğa qısa çubuğu kəndirdən çıxartdı, ondan uzun çubuğa çatmaq üçün istifadə etdi və daha sonra uzun çubuqdan da qutunun dibindəki yeməyi götürmək üçün istifadə etdi. Qarğalar nəinki alətlərdən istifadə edir, həmçinin alətlər düzəldirlər.

Digər bir təcrübədə qarğaya düz məftil və turbanın içində əlçatmaz yerdə yemək verdilər. Qarğa yeməyi çıxartmaq üçün məftili əyərək qarmaq düzəltdi.

Daha da maraqlısı qarğaların dildən istifadə etmə ehtimalıdır. Vaşinqton universitetinin tədqiqatçıları qarğaları təcrübə üçün tutmağa başladılar. Halbuki ilk bir neçə dəfədən sonra alimlər yeni qarğalar tutmağın çətinləşdiyini gördülər. Qarğalar onları tutan adamın sifətini yadda saxlayır və digər qarğalara həmin insanın təhlükəli olduğunu deyirlər. Bunu nə dərəcədə edə bildiklərini öyrənmək üçün alimlər qarğaları tutanda oğru maskası geyinməyə başladılar.

Tezliklə qarğalar arasında belə bir insanın yaxınlaşa biləcəyi haqqında həyacan yayıldı. Alimlər müşahidə etdilər ki, heç vaxt tutulmayan qarğalar da maskalara qarşı eyni həyacan siqnalını verirlər. Aylar sonra alimlər  əksəriyyəti heç vaxt tutulmayanlar olmaqla qarğaların 89 %-nin maska geyinən insanlara hücum etdiyini bildirdilər.