Bu otaqda çox qala bilməzsiniz

Paylaş:

Dünyanın ən sakit, səssiz yeri buradır. Lakin fasiləsiz, bitib-tükənməyən səssizliyə dözmək mümkün deyil.

Buna misal olaraq ABŞ-dakı elmi-tədqiqat mərkəzlərindən birindəki otağı göstərmək olar.

"The Daily Mail" bildirir ki, Cənubi Minneapolisdəki Orfild laboratoriyasında (Orfield Laboratories) hazırlanmış bu otaq "Dünyanın ən səssiz yeri" kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Heç bir səsin olmadığı, hərəkət və ya səsin əks-səda vermədiyi otaqda uzun müddət qalmaq mümkün deyil. Bu otaqda qalmaqla bağlı ən uzunmüddətli rekord 45 dəqiqə duruş gətirmiş kişiyə məxsusdur.

Səslərin 99,99 faizini udan otaqda qalanlar az sonra qallüsinasiyalar görməyə başlayırlar. İstənilən insanı bu otaqda 3 saat saxlamaq yetər ki, ağlını itirərək dəli olsun.

Otaqdakı tam sükunət 1 metr qalındığındakı fiberqlas akustik "dilim"lər, poladdan hazırlanmış ikiqat divarlar və 35 sm qalınlığındakı beton üzlüklə təmin olunur.

Orfild laboratoriyasının rəhbəri Stiven Orfildin dediyinə görə, otaqda işıqları söndürəndən sonra orada 1 saat qala biləcək insan dünya rekordçusu sayıla bilər.

"Otaq tam səssiz olduğundan buradakı insan nəbzinin vurmasını, qulaqlarındakı uğultunu, hətta qarnının qurultusunu gurultulu səslər kimi hiss edir. Sükunətin özü burada səsə çevrilir", - Orfild deyib.