10 nəfər məhbusu olan ölkə

Paylaş:

Lixtenşeyndə 91 nəfər polis var. Ölkədə cinayətkarliq demək olar ki, 0%-dir. Ölkədəki həbsxanada 10 nəfərdən çox məhbus olmayıb.Məhbuslar üçün yemək restoranda sifariş olunur. 10 nəfər məhbusa görə aşbaz tutmaq sərf eləmir. Qeyd edək ki, Lixtenşteyn Mərkəzi Avropada yerləşən, knyaz tərəfindən idarə edilən konstitusiyalı monarxiya dövləti. Lixtenşteyn Reyn çayının sağ sahilində yerləşir, Avstriya və İsveçrə ilə həmsərhəddir. Dövlət dili alman dilidir, danışıq dili isə alman dilinin dialektlərindən biri olan aleman ləhcəsidir. Ərazisi 160 km², əhalisi isə 37 mindən bir az artıqdır.