Buzlaqlar əriyərsə nələr olar?

Paylaş:

Bir çoxumuz qlobal istiləşmə barədə eşitmişik, amma bunun planetə necə təsir edəcəyini təsəvvür belə etmirik. Bu xəritələr onu göstərir ki, əgər bütün buzlaqlar ərisə nə baş verəcək. Okeanların səviyyəsi hissolunacaq dərəcədə artacaq, qitələrin görünüşü dəyişəcək, bir çox şəhərlər və ölkələr yer üzündən silinəcəklər.

 

 Avropa

 

 

Alimlərin fikrincə buzların əriməzi Dünya okeanında uyun səviyyəsini 65 metr yüksəldəcək. London, Venesiya, Hollandiya, Moldaviya və Danimarkanın böyük hissəsi suyun altında qalacaq. Aralıq və Qara dənizlərinin sahəsi xeyli artacaq.

 

Asiya

 

 

600 milyon çinlinin yaşadığı ərazi suya qərq olacaq. Bundan əlavə eyni aqibəti Banqladeş və Hindistanın bir hissəsini də gözləyir. Kambocanın dağlıq rayonları adalara çevriləcəklər.

 

Şimali Amerika

 

  

ABŞ-ın bütün Atlantik sahilləri su altında qalacaq. Meksika körfəzi, Florida və kaliforniya sahilləri də həmçinin

 

Cənubi Ameika

 

 

Latin Amerikasında Argentinanın paytaxtı suyun dibinə gedəcək. Bundan əlavə Uruqvay və Paraqvay da suyun altında qalacaq. Amazon çayının hövzəsi deltası kimi olacaq.

 

Afrika

 

 

Digər qitələrə nisbətdə Afrika çox da quru sahəsi itirməyəcək. Amma tempraturun yüksəlməsi ərazisinin çoxunda həyatı ağırlaşdıracaq. Misirdə suyun səviyyəsinin yüksəlməsi nəticəsində İskəndəriyyə və Qahirə silinəcək.

 

Avstraliya

 

 

Ərazisinin çoxu səhra olan qitənin mərkəzində dəniz yaranacaq. Ancaq əhalisinin dörddə beşinin yaşadığı sahil zolaqlarını itirəcək.

 

Antarktida

 

 

Antarktidanın qərb hissəsi tez zamanda və bütünlüklə əriyəcək. Artıq həmin bölgə ildə 65 milyon ton buz itirir. Qitənin şərq bölgəsidə planetdəki buzlaqların 4/5-ü yerləşir. Bu hissə qlobal istiləşmənin birinci mərhələsini keçsə də zamanla ora da əriyəcək.