Ən qəribə peşələr

Paylaş:

İctimai nəqliyyatda qoltuq iylərindən narahatsınız? Amma qoltuqları iyləməklə pul qazanan insanlar da var. Dezodorant firmaları məhsullarının təsirini yoxlamaq üçün iy dequstatorlarının xidmətlərindən istifadə edirlər.

 

İtələyici (Oshiya). Sizə maraqlı gələ bilər amma “oshiya” profesional məsləkdi. Xüsusilə Yaponiya və Çin kimi ölkələrdə əhalinin çox olduğu yerlərdə icimai nəqliyyatda vaqonlara minmək üçün insanlara kömək edirlər. Daha doğrusu itələyib vaqonlara salırlar.

 

 

Maralların sidiyinin toplanmasının gəlirli iş olduğunu bilirdiniz? Bir maralın sidiyindən 300 min dollar qazanmaq mümkündür.

 

Ev heyvanlarının yeminin dequstatoru. Bu peşə sizə ürək bulandırıcı gələ bilər. Amma bu məsləyin adamları doktor elmi dərəcələri var və test etdikləri yem barədə hesabat yazmalıdılar.

 

Buğa spermasını toplayan. Bu iş də qəribə xoşa gəlməyən peşə kimi görünsə də qızıl qiymətində olan buğa spermasının yığılmasından yaxşı qazanmaq mümkündür.

 

Profesional yas tutanlar. Bu iş özəlliklə Avropada yayılıb. Vəzifələri adından göründüyü kimi cənazə mərasimlərinə gedib ağlamaq və yas tutmaqdır. Xüsusilə ingiltərədə “rent a car” (avtomobil kirayələ) kimi “rent a mourner” (yas tutan kirayələ) xidməti var.

 

 

Dünyada cəmi 200 nəfər bu sənətlə məşğuldu. İşləri inkubatordan çıxan cücələrin cinsiyyətini müəyyən etməkdi. Daha çox Cənubi Koreyada yayılan bu sənət ayda minumum 4 min dollar qazandırır.

 

Qucaqlayıcı. İlk dəfə Asiya ölkələrində ortaya çıxan bu peşə getdikcə dünyada yayılıb. Əgər özünüzü tənha hiss edirsinizsə və yanınızda kiminsə olmasını istəyirsinizsə peşəkar qucaqlayıcılar gəlib sizə sarılacaqlar. ABŞ seansı 40-50 dollar arasında dəyişir.

 

Mumyalayıcı. Meyidlərlə təmas sizə xoş bir iş kimi görünməyə bilər. Lakin bu işin ustaları pis qazanmırlar.

 

Toy rəfiqələri. Toyunuzda yanınızda durmağa rəfiqələriniz yoxdu? Narahat olmayın. Toy rəfiqələri xoş gününüzdə elə yoldaşlıq edərlər ki, o günü heç unutmazsınız.

 

Üz hissedici. Bu peşənin sahibi dəriyə qulluq vasitələrindən istifadə edənlərin üzlərinə toxunaraq kremlərin necə təsir etdiyini yoxlayırlar. Xüsusən kosmetika firmaları məhsulu bazara çıxartmadan əvvəl  təcrübədən keçirirlər.