Metrodan istifadə edirsinizsə mütləq baxın

Paylaş:

Metro ucuz, əlverişli ictimai nəqliyyat olmaqla yanaşı həm də təhlükəsizlik məsələlərində daha çox həssaslıq tələb edir. Biz sərnişinlər bunu hiss etməsək də metropoliten işçiləri insanların güvənliyini təmin etmək üçün mürəkkəb sistemdən ibarət işlər görürlər. Amma təhlükəsizlik onların vəzifəsi olmaqla yanaşı biz sərnişinlərin də üzərinə düşür.

Normativlərə riayət etməyimiz üçün daima metrolarda elanlar səsləndirilir. Onlardan ən başlıcası da platformada nəzərdə tutulan xətdən arxada dayanmaqdır. Lakin bəzən elə olur ki, kimsə həmin bölməni adlayıb relslərin arasına düşə bilər. Amma bu zaman təlaşlanmağa ehtiyac yoxdu. Aşağıda verilən məsləhətlərə əməl etsəniz sağ qurtulacaqsınız.

Öncə bir şeyi yadda saxlayın ki, panikaya qapılıb özünü çıxmağa çalışmayın. Çünki platformanın altında yüksək gərginlikli elektrik cərəyanı var. Sizi bir anda məhv edə bilər.

 

 

Əgər qatar hələki gəlmirsə relslərin arasıyla qatarın hərəkəti istiqamətində qaçın. Baş vaqonun dayanmalı olduğu işarəyə çatdınızsa işin əsas hissəsinə əməl etdiniz. Çünki qatarlar onsuz da ora çatanda dayanırlar. Sonra isə ucadan qışqıraraq metro işçilərini köməyə çağırın

 

 

Yox əgər qatar artıq stansiyaya daxil olursa sadəcə yolun ortasındakı boşluğa uzanın və əllərinizlə başınızı tutun.

 

 

Həmin yerin hündürlüyü yarım metrdi və sizin orada sığınmanız üçün yetərlidi. Qatar üstünüzdə dayansa belə panikaya düşməyin. Sizi oradan mütləq çıxardacaqlar.

Daha ətraflı bu videoya baxın