Heyvanlar yuxularında nə görür?

Paylaş:

Əgər heyvannlar da insanlar kimi yuxu görürsə bəs onlar yuxularında nə görür?
Yuxu görüb görmədiklərini heyvanlardan soruşmaq mümkün olmadığından elmi tədqiqatlar nəticəsində heyvanların da yuxu gördükləri məlum olub.


Tədqiqatçılar bu faktı araşdırmaq üçün 2 yoldan istifadə edirlər.Birincisi yuxunun müxtəlif anlarında heyvanların davranışlarını müşahidə etmək,İkincisi isə yuxu əsnasında heyvanların beyin fəaliyyətinin insan beyni ilə oxşayıb oxşamadığını araşdırmaqdır.
1960-cı ildə yuxunun REM mərhələsində(sürətli göz hərəkətləri edən zaman)insanların fərqli hərəkətlər etdikləri təsbit olunub.Ümumiyyətlə Yuxu əsnasında əzələlərin iflic olunduğu müəyyən edilib.


1965-ci ildə Fransız elm adamı bir pişiyin beyin sapını əsas beyinə bağlayan və varoli adlanan  hissəsini çıxardır.Bununla pişiyin yuxuda iflic olma vəziyyətinin ortadan qalxdığı və onun yeriməyə,qaçmağa başladığı müşahidə olunur.Bu vəziyyət pişiklərin oyaq ikən etdikləri fəaliyyətləri yuxuda  görmələri nəticəsinə gətirib çıxartdı. Pişiklərin beyinlərində yerləşən hüceyrələr nəticəsində onların yuxuda siçan tutmağa çalışması ortaya çıxıb.


Pişikdə məlum olan bu fakt eynilə itlərdə də aşkar edildi.
REM  yuxusu insanların yuxuda təpik atma,yumruqlama,sıçrayış,qaçmaq vəs kimi hərəkətlər edərək həm özlərinə həm də ətrafdakı insanlara zərər verə biləcəklərini qeyd edir.


Yuxuları anlamağın tək yolu insanların yuxu vaxtı nə edəcəklərinə müşahisdə etmək deyil.Elmin inkişafı nəticəsində beyin hüceyrələrinin elektrik və kimyəvi fəaliyyətinə baxmaq mümkün olub.2007-ci ildə Massachusetts Texnologiya İnistitutunda (MİT) iki tədqiqatçı siçanın yaddaşının mövcud olduğu və kodlaşdırıldığı hipokampus hissəsindəki sinir hüceyrələrinin yuxu əsnasında aktiv olduğunu təsbit etdi.Daha əvvəllər siçanların labirintdı gəzməsi zamanı da eyni halın baş verdiyi müşahidə olunub.Yəni neyronların fəaliyyəti izlənərək siçanların labirintin hansı hissəsində olduğunu tapmaq olar.


Chicago Universitetində tədqiqatlar nəticəsində məlum olub ki,alacəhrə quşlarının oxuduqları melodiyalar daha sonra öyrənilir.Oyaq vaxtı oxuduqları melodiyalar əsasında beyin hüceyrələri elektrik axını yaradır.Tədqiqatçılar bu axınlarda hansı notların iştirak etdiyini görə bilirlər.


Yuxu yoxsa Gerçək?

Pişiklərin,siçanların və quşların beyinlərindəki bu fəaliyyətin yuxu olub olmadığı bu günümüzdə də müzakirə olunur.İnsanlar yatarkən yuxu gördüklərini bilmirlər lakin oyandıqdan sonra bunun fərqində olurlar.Bu vəziyyətin heyvanlarda da baş verib vermədiyi  hələki məlum deyil.


Bəs Bütün heyvanlar yuxu görür?


Hələki heç kim yuxuların tam funksiyasını aşkar edə bilməyib.Amma bunu da qeyd etmək lazımdır ki,yuxu görmək beynimizdəki informasiyaların saxlanması üçün çox faydalıdır.Heyvanlar da düşünə bilən və xatirələri olan canlılardır.
Yatdıqları zaman heyvanlarda test edilən  elektroensefalograf (EEG) ölçülər bəzi heyvanların doğrudan da yuxu gördüklərini təsdiq edir.150 dən məməli üzərində araşdırma aparılıb və yunuslardan başqa demək olar  bütün məməlilərin yuxu gördüyü məlum olub.
Edilən araşdırmalar nəticəsində balıqların yuxu görmədiyi ortaya çıxıb.Lakin digər onurğalılar böyük ehtimalla yuxu görürlər.